Dəyərlər
Dəyərlərimiz kim olduğumuzu, necə hərəkət etdiyimizi və nəyə can atdığımızı müəyyən edir:
Təhlükəsizlik
Əməliyyatların təhlükəsiz aparılması və istənilən təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, fəaliyyətimiz zamanı ətraf mühitə mənfi təsirin minimuma endirilməsi, baş verə biləcək hadisələrin və qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi bu dəyəri özündə ehtiva edən əsas istiqamətlərdir.
Əməkdaşlıq
Komanda ruhu ilə işləyirik. Qarşılıqlı dəstək, hörmət və birgə uğur bizim üçün önəmlidir.
Qətiyyət
Qarşımıza çıxan çətinliklərə baxmayaraq, qərarlı və cəsarətli şəkildə irəliləyirik. Qorxmadan məsuliyyət daşıyırıq.
İnnovasiya
Yeni ideyalara açığıq. Daim yenilik axtarır, dəyişən dünyaya uyğunlaşır və yaradıcı həllər təqdim edirik.
Bərabərlik
Hər kəsə eyni imkanlar yaradılır, heç kimə qarşı ayrı-seçkilik edilmir. Fərqli fikirlər və mənşələr hörmətlə qarşılanır.
Təqib
Biz, fəaliyyət sferamızda hər bir işi sonuna qədər təqib edir və gözlənilən müsbət nəticə üçün əzmlə çalışırıq!
